Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubleyi

 Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Türfənin təqdimatı əsasında “Əbdürrəhman bəy Haqverdiyevin 150 illik yubileyi” mövzusunda videodərs keçirilmişdir. Təqdimatda Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi Əbdürrəhman bəy Haqverdiyevin həyat və yaradıcılığından bəhs edilmiş, fəaliyyəti haqqında geniş məlumat əks olunmuşdur. “Pəri Cadu” , “ Dağılan tifaq”, “ Bəxtsiz cavan” dram əsərləri ilə bağlı məlumat verildi, “Pəri Cadu” , “ Dağılan tifaq”, “Ağa Məhəmməd Şah Qacar” əsərləri əsasında səhnəyə qoyulmuş teatrlardan fraqmentlər nümayiş etdirildi. Bundan əlavə olaraq hekayələri, tərcümələri haqqında da şagirdlərə biliklər aşılandı. Təqdimatın sonunda Əbdürrəhman bəy Haqverdiyevin “Bomba”, “Mirzə Səfər”, “ Papaq” hekayələri əsasında çəkilmiş “Evlənmək istəyirəm” filmindən fraqment göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi