Kollektivlə görüş

 06.01.2021-ci il tarixində pedaqoji heyəti ilə onlayn görüş keçirildi. Məktəbin direktoru Sevil Əliyeva 28 dekabr tarixində BŞTİ tərəfindən keçirilən müşavirədə BŞTİ-nin müdiri Mehriban Vəliyevanın “Mövcud şəraitdə təlim-tərbiyə prosesinin təşkili barədə” apardığı müzakirə və məlumatları pedaqoji heyətin nəzərinə çatdırdı. Məktəbimizdə “Virtual məktəb” platformasında keçirilən dərslərin keyfiyyətli təşkili, şagirdlərin davamiyyəti, buraxılış siniflərində oxuyan zəif şagirdlərlə aparılan fərdi iş,xüsusi istedada malik şagirdlərlə görülən iş və qarşıda duran vəzifələrimiz barədə ətraflı məlumat mübadiləsi aparıldı. Sevil Əliyevaya bu çətin şəraitdə işinin öhdəsindən məsuliyyət və bacarıqla gələn müəllimlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi