" Fədəkar Milli Ordumuzla fəxr edirik"

12 may 2016-cı il tarixdə 329 nömrəli tam orta məktəb Badamdar qəsəbəsində olan şəhidlər abidəsinin önündə " Fədəkar Milli Ordumuzla fəxr edirik"adlı tədbir keçirmişdir. Tədbirin məqsədi məktəblilərin vətənpərvərlik ruhunu daha da yüksəltmək və Qarabağ döyüşlərində şəhid olmuş vətən övladlarının ruhunu yad etməkdən ibarət idi. Tədbirdə aprel döyüşlərində Milli Ordumuzun göstərdiyi şücaətdən söhbət açıldı.Uşaqlar torpaqlarımızın işğaldan azad olması üçün canından keçən şəhidlər haqqında məlumatlar verdilər. Tədbirin sonunda Ulu Öndərimiz Heydər Əliyevin abidəsi ziyarət edildi və önünə gül-çiçəklər qoyuldu.Tədbirdən sonra uşaqlar Şəhidlər Xiyabanına yollandılar. Tədbir videoqaleriyada yerləşdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi