Əhmədiyyə Cəbrayılovun 100 illik yubleyinə həsr olunmuş videoçarx

Azərbaycan Respublikası Təhsil nazirinin 16.08.2020-ci il tarixli F-435 nömrəli əmrinə, məktəbin fəaliyyət planına  əsasən  məktəbimizin şagirdləri tərəfindən qəhrəman döyüşçü,igid partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubleyinə həsr olunmuş,viedo-çarx hazırlandı.Video-çarxda Azərbaycan xalqının igid övladı,II dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının nümayəndəsi,əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi coxsaylı kəşfiyyat əməliyyatlarından, misilsiz şücaətləri haqqında geniş məlumatlar verildi.Əhmədiyyə Cəbrayılov  Fransa dövlətinin  orden və medalları ilə təltif edilmiş,eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşirdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik  mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın İlk Milli qəhərəmanlarındadır. İgidlik,qorxmazlıq Azərbaycan xalqının qanındadır və bunu heç kim dəyişə bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi