Qarabağ Azərbaycandır

 Azərbaycan Respublikası Təhsil Nazirinin 16.11.2020-ci il  tarixli F512-ci  nömrəli əmrinə, məktəbin fəaliyyət planına əsasən dekabrın 3-də  VIIa  sinfində inteqrasiyalı dərs yönümündə tarix müəllimi Haşımlı Günel və coğrafiya müəllimi Mahmudova Sevinc tərəfindən “Qarabağ Azərbaycandır” adlı açıq dərs keçirildi. Açıq dərsdə şagirdlər Qarabağın tarixi, mədəniyyəti və işğaldan azad olunmuş torpaqlar haqqında geniş məlumatlar verdilər.Həmçinin erməni terronunun Azərbaycan xalqına,mədəniyyətinə və irsinə vurduğu zərbələr haqqında məlumatlar verildi. Sinif şagirdi Bəşirov Cavad Qarabağ şikəstəsini oxuyaraq dərsi sonlandırdı. Sonda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək müəllim və şagird kollektivinə təşəkkürünü bildirdi.Erməni mənfurluğunu bir daha şagirdlərə xatırlatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi