Növbədənkənar Pedoqoji şura

 Azərbaycan Respublikası Təhsil Nazirinin 16.11.2020-ci il  tarixli F512-ci  nömrəli əmrinə əsasən, 27.11.2020-ci il tarixdə Teams Platformasında məktəbin növbədənkənar Pedoqoji şurası keçirildi. Pedoqoji şuranın keçirilməsində məqsəd Ali baş komandanımız İlham Əliyev cənablarının və müzəffər ordumuzun təcavüzkar Ermənistan silahlı qüvvələrinə cavab olaraq başlatdığı “ Vətən müharibəsi” dövründə keçdiyi yol və qələbəmizin işıqlandırılması barədə müzakirələr aparılması idi.Pedoqoji şura şəhidlərin ruhunu 1 dəqiqəlik sükut ilə anmaqla başladılıdı. Məktəbin direktoru Sevil Əliyeva ilk öncə bu böyük tarixi qələbə münasibəti ilə pedoqoji kollektivi təbrik etdi və bu gün cəhbədə döyüşən əsgərlərimizə vətənpərvərlik ruhunu aşılayan müəllimlərə öz təşəkkürünü bildirdi. Həmçinin pedoqoji şurada Şuşa şəhəri və ölkəmizin digər ərazilərinin azad edilməsində nailiyyətlərin təşviqinin aparılması Azərbaycan ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin keçirilməsi ilə bağlı, tədbirlər planının pedoqoji kolektivə çatdırılması və müzakirə olunması təşkil olundu. Tədbirlər planının bəndlərindən irəli gələn məsələlər müzakirə olunaraq məktəbin fəaliyyət planına daxil edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi