"Şəhidlər ölməz, Vətən bölünməz"

Məktəbimizin gənc vətənpərvər şagirdləri tərəfindən 2016-cı ildə aprel ayının əvvəlində cəbhə xəttində baş verən qarşıdurma zamanı şəhid olmuş hərbçi, əsgər və zabitlərimizin əziz xatirəsinə həsr edilmiş güşə təşkil olundu. Bu güşədə Vətənin istiqlaliyyəti və azadlığı uğrunda şəhid olmuş Naxçıvan MR , Babək rayonu Cəhri kənd sakini tankist Mayor Məmmədov Rasim Əbdül oğlu, Biləsuvar rayonu Səmədabad kənd sakini Novruzov Fərahim Adışirin oğlu, əsgər Samir Qaçayev, Mahir Quliyev, Füzuli rayonu 4- cü Zobcuq qəsəbə sakini Quliyev Səyyar Knyaz oğlu, mayor Vəlizadə Urfan, Təbriz Musazadə, Əliyev Elnur, baş leytenant İsmayılov ƏbuBəkr. kəşfiyyatçı əsgər Bayramov Sərxan Oqtay oğlu ... kimi igidlərin şəkilləri və onlar haqqında məlumatlar öz əksini tapmışdır. Şəhidlik zirvəsi ən böyük zirvədir. Başın sağ olsun Vətən!. Yaşasın qəhrəman əsgərlərimiz! Yaşasın Azərbaycan xalqı! Vətən yolunda canını fəda verən bütün şəhidlərimizə Allah rəhmət eləsin! Yaralananlara Allah şəfa versin ! Biz fədəkar Milli Ordumuzla fəxr edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi