“Xocalı faciəsi ədəbi irsimizdir” başlığı altında anım tədbiri keçirildi

Fevralın 25-də məktəbdə  “Xocalı faciəsi ədəbi irsimizdir” başlığı altında anım tədbiri keçirildi.

Xocalı faciəsinə həsr olunmuş  tədbir faciə qurbanlarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Səbail RPİ-nin YYÇPİTB-nin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbirin aparıcısı bildirib ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi.

Daha sonra şagirdlərin vətənpərvərlik ruhunda hazırladıqları şeirlər, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Sonda məktəbin direktoru Sevil Əliyeva Xocalıda baş verən vəhşiliklərdən danışaraq XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını vurğulayıb. Sevil xanım həmçinin bildirib ki, fevralın 26-sının Xocalı soyqırımı günü kimi yad edilməsi məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi