20 Yanvar - Ümumxalq Hüzn Gününün otuzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Yanvarın 17-də məktəbin akt zalında təlim tərbiyə işləri üzrə direktor müavini və uşaq birliyi rəhbərinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün otuzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Səbail rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev, aparıcı məsləhətçi Vüsal Qurbanov və məktəb rəhbərliyi iştirak edib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi hər zaman bəşər tarixində qara səhifə olaraq qalacaq. Şagirdlərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub. Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Məktəbin direktoru Sevil Əliyeva çıxış edərək anım tədbirlərində XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk edildiyi, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyi vurğulayıb.

Sonda Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müavini Xasay Vəliyev tərəfindən “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir“ başlığı altında keçirilən inşa yazı müsabiqəsində yer tutmuş şagirdlərə tərifnamələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi