İlk dərs 20 Yanvara həsr olunub

Məktəbdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. Məktəbin V “A” sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Verdiyevanın təşkilatçılığı ilə ilk dərs 20 Yanvar şəhidlərinə həsr edildi.

Vüsalə Verdiyeva şagirdlərə məlumat verərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan bütün tədbirlər görüldü: Şəhidlər xiyabanda möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Sonda şagirdlər hazırladıqları şeirləri söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi