Şəhidlər Xiyabanına ziyarət edilib

Yanvarın 15-i təlim tərbiyə işləri üzrə direktor müavini və uşaq birliyi rəhbərinin təşkilatçılığı ilə məktəbin III “A”, IV “A” və IV “B” sinif şagirdləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Sinif rəhbərləri şagirdlərə bildirib ki, bu dəhşətli faciədən 30 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə, şəhidlərə borcluyuq.

Daha sonra şagirdlər eləcə də məktəb kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi