“20 Yanvar-Müstəqilliyə gedən yol” başlığı altında dəyirmi masa keçirildi

Yanvarın 14-də məktəbin kitabxanasında kitabxana müdiri Şərqiyyə Qasımovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı “20Yanvar-Müstəqilliyə gedən yol” başlığı altında dəyirmi masa keçirildi. İlk öncə şəhidlərimizin ruhuna hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla elan edildi.

Tədbirdə məktəbin IV “B” sinif şagirdləri iştirak etdi. Şagirdlərin çıxışları, fikir və ideyaları, söylədikləri şeirlər dinlənildi. Şərqiyyə xanım çıxış edərək bildirdi ki, 20 Yanvar şəhidləri qanları ilə tariximizin şərəfli səhifəsini yaziblar. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda öz canlarını qurban verən insanlar öz ölümləri ilə ölməzliyə qovuşublar. Onların bu qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir. Nəsillər dəyişəcək lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi