20 yanvar – tariximizin qanlı və şanlı səhifəsidir mövzusunda konfrans keçirilib

Yanvarın 13-də məktəbin hərbi rəhbəri Eldəniz Niftiyevin təşkilatçılğı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 yanvar – tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib. Konfrans məktəbin IX "A" sinfi ilə keçirilib.

Konfransı giriş sözü ilə açan Eldəniz Niftiyev bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar  faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. 20 yanvar hadisəsi xalqımızın tarixində həm faciəli gün, həm də qəhrəmanlıq səhifəsi kimi yadda qalır. 20 yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin simvolu olmaqla  totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq, müstəqillik arzularını boğmaq üçün Bakıda dəhşətli qırğın törədən sovet imperiyasına ilk etiraz səsini ümummilli liderimiz Heydər Əliyev yüksəldib. Ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib.

Həmçinin vurğulandı ki, 20 Yanvar faciəsinin Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. Xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi