31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Gününə həsr olunmuş tədbir keçirildi

Dekabrın 30-u məktəbin foesində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zəhra Həsənova və uşaq birliyi rəhbəri İntizar Əliyevanın təşkilatçılığı ilə  31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə məktəb rəhbərliyi, kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak etdilər.

Tədbir Azərbacan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəbin xor qrupunun ifasında Yeni İlə aid müxtəlif mahnılar qonaqlar üçün səsləndirildi. Həmçinin şagirdlər tərəfindən hazırlanmış şeirlər, müxtəlif kompozisiyalar nümayiş olundu. Tədbirə Şaxta Baba və Qar Qizin gəlişi tədbiri şagirdlər üçün daha da maraqlı etdi.

Sonda məktəbin direktoru Sevil Əliyeva bütün qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni-2020-ci il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzuladı. O, bildirdi ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük bir əhəmiyyətə malikdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi