Rəsm sərgisi nümayiş olundu

Dekabrın 28-də məktəbin foesində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə  və “Yeni İl”ə həsr olunmuş rəsm sərgisi keçirildi.

Sərgidə məktəbin ibtidai və yuxarı sinif şagirdlərinin hazırladıqları rəsm əsərləri və müxtəlif əl işləri nümayiş olundu. Məktəbin direktoru Sevil Əliyeva hər bir rəsm əsəri ilə yaxından tanış oldu və şagirdlər çəkdikləri rəsmlərdə nəyi təsvir etdikləri barədə ətraflı məlumatlar verdilər.

Bu cür sərgilərin keçirilməsində əsas məqsəd şagirdlər arasında xüsusi istedad malik olanları üzə çıxarmaq və dəstəkləməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi