Valideynin məktəbdə bir günü layihəsi çərçivəsində görüş keçirildi

Dekabrın 17-də məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirildi.

Görüşdə valideynlər məktəb mühiti ilə tanış oldular, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi.

Budan əlavə, valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirildi. Həmçinin valideynlər məktəbin yemekxanası, kitabxanası, hərbi hazırlıq və digər kabinetləri ilə yaxından tanış oldular. Görüş şagirdlər tərəfindən hazırlanmış bədii hissə ilə sona çatdı.

Qeyd edək ki, layihənin əsas məqsədi valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi