"Ağ ölüm".

Məktəbin psixoloqu Şəlalə Abbasova yuxarı sinif şagirdləri ilə narkomaniyaya aid tədbir keçirdi.Psixoloq şagirdlərə narkomaniyanın insanlara göstərdiyi fiziki, sosial, maddi təsirlərindən danışdı.O, təəssüflə qeyd etdi ki, "ağ ölüm" adlanan bu bəlanın qurbanları durmadan artır. Narkomaniya insanın tədricən ölümünə səbəb olur, insan şüurlu olaraq öz-özünü ölümə məhkum edir. Qeyd etdi ki, narkotik aludəçisi olan insan cəmiyyətdə yararsız, lazımsız bir şəxs kimi tanınır və heç yerdə hörmətləri olmur, gələcəklərini, arzularını məhv edirlər.Psixoloq uşaqların bu bəladan - ağ ölümdən uzaq olmalarını, sağlam ruhda yetişmələrini, dövlətimizə, vətənimizə yararlı şəxsiyyətlər olmalarını tövsiyyə etdi.Tədbirdə şagirdlər narkotik maddələrin insan orqanizminə verdiyi zərərlə bağlı videoçarxa baxdılar. Sonda tədbir iştrakçıları əl-ələ verərək "Sağlam həyat tərzi keçirək" dedilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi