Dahi siyasətçi-Heydər Əliyev dühası

12 dekabr tarixində məktəbin akt zalında “Dahi siyasətçi-Heydər Əliyev dühası” başlığı altında anım tədbiri keçirildi. Anım tədbiri ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.

Tədbirdə dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə geniş məlumatlar verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb. Tədbirdə məktəblilər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib.  Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Sonda məktəbin direktoru Sevil Əliyeva, rəhbərlik və müəllim kollektivi Heydər Əliyevin büstünü ziyarət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi