"Həyat gözəldir, yaşamağa dəyər" maarifləndirici seminar keçirildi

Məktəbin psixoloqu Şəlalə Abbasova şagirdlərlə daim six əlaqə olub onlarla mütəmadi olaraq söhbətlər aparır, müxtəlif seminarlar təşkil edir.

Bu seminarlara nümunə olaraq ən son 8-9-10-cu sinif şagirdləri ilə son zamanlar yeniyetmələr arasında baş verən qəzəb, gərginlik, zorakılıq və bu kimi davranışların qarşısını almaq məqsədi ilə “Həyat gözəldir, yaşamağa dəyər” mövzusunda ətraflı söhbət apardı. Şagirdlər “Gələcəkdən məktub” adlı metodikanı apardılar, hər bir şagird gələcəkdən özlərinə məktub yazdılar.

8-ci sinif şagirdləri ilə fiziki təzyiq, gərginlik zamanı aqressiyanı çıxartmaq üçün şarlardan ibarət texnikadan istifadə etdi. Şar metodikasını keçirtməkdə əsas məqsəd aqressiyanın sağlam ifadəsi bacarığını aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi