"KİÇİK AKADEMİYA"NIN ÜZVLƏRİNİN HAZIRLADIQLARI TƏQDİMATLAR

"Kiçik Akademiya"nın üzvləri Uşaq Birliyi Rəhbəri İntizar Əliyevanın təşkilatçılığı ilə 21 may tarixində biologiya, kimya, fizika və tarix fənləri üzrə hazırladıqları təqdimatları nümayiş etdirdilər. Biologiya fənni üzrə "Kiçik Akademiya"nın üzvləri olan Qəndab, Mirnazim, Sevgi və Qureyş "Stress, Depressiya və Psixoz" mövzusunda təqdimatlar hazırladılar. Biologiya fənni üzrə "Kiçik Akademiya"nın elmi rəhbəri Vüsalə Süleymanovanın köməkliyi ilə hazırladıqları təqdimatları nümayiş etdirdilər. Tədbirdə kiçik tədqiqatların köməkliyi ilə zalda olan şagird və müəllimlərlə stress və depressiya səviyyələrini test keçirərək yoxladılar. Kimya fənni üzrə müəllim Gülü Rzyevanın köməkliyi ilə "Kİçik Akademiya"nın üzvləri Sona və Fatimə "Həyat mənbəyimiz: - Oksigen" mövzusunda təqdimat hazırladılar. Sona Oksigen mövzusunda geniş məlumat verdi. Sonda təhlükənin və faydanın mükəmməl şəkildə tarazlıq nisbətini təcrübə ilə nümayiş etdirdilər. Fizika fənni üzrə müəllim Fəridə Məhərrəmova "Kiçik Akademiya"nın üzvləri Mirnazim, Zeynəb, Qureyş, Azər və Ələkbər ilə birlikdə AES haqqında ilkin anlayışları verdilər, hazırladıqları slaydları nümayiş etdirdilər. Daha sonra Azərin günəş enerjisi barədə hazırladığı video təqdim olundu. Sonda Qureyş en böyük faciələrdən biri olan Çernobel hadisəsi haqqında məlumat verdi. Tarix fənni üzrə Günel Quluzadənin köməkliyi ilə "Kiçik Akademiya"nın üzvləri Üzeyir, Zülfü, Ruslan, Sadiq, Fidan, Fatimə qədim və müasir Azərbaycanın tarixinin qəhrəman övladlarının, onların həyat və mübarizə yolunun əks etdirilməsi mövzusunda təqdimatlar hazırladılar və nümayiş etdirdilər. Bucür təqdimatların hazırlanmasında əsas məqsəd şagirdlərin potensial imkanlarının üzə çıxarılması və inkişaf etdirilməsi, onlarda ilkin tədqiqtçılıq bacarıqlarının formalaşdırılmasıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi