Şamaxıda ekoloji tədbir

5 iyun Ümumdünya "Ətraf mühitin mühafizəsi günüdür. Bu münasibətlə məktəbin 3 “B” , 5 “A” , 6”A” sinifləri sinif rəhbərləri Şəhla Əliyeva, Sevil İsayeva, Aliyə Dadaşova və valideynləri ilə birlikdə, Şamaxı ekoloji parkında ətraf mühitin qorunması haqqında tədbir keçirildi. Məktəbin biologiya müəllimi Sevil İsayeva və tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova şagirdlərlə ekoloji biliklər üzrə təlimi keçdilər. Şagirdlər üç sinif olaraq təbiətdəki üç amil- Hava, Su, Torpaq haqqında təqdimat verdilər. Onlar bu amillərin həyatımızdakı mühüm amillər olduğunu və onların çirklənməsinin fəasdlarını, eləcə də qorunmasının yollarını göstərdilər. Elman isayev və Özləm İsayeva maraqlı mövzuya toxunaraq Qida, İşiq və Səs haqqında da danışdılar. Şagirdlər daha sonra “Təbiət tullantı yeri deyil!” adlı aksiyaya başladılar. Onlar ərazidə yığılan tullantıları təmizləyərək tədbir keçirilən ərazidə təmizliy yaratdılar. Bundan əlavə şagirdlər Qədim Şamaxı şəhərinə ekskursiya etdilər. Şəhla Əliyevanın rəhbərliyi ilə Milli mənəvi dəyərlərimiz, tarixi abidələrimizdən olan Cümə Məscidində oldular. Nəhayət riyaziyyat müəllimi Aliyə Dadaşova Şamaxı Astrofizika Rəsədxanasınınn muzeyində onlara astronomiya elmi haqqında maraqlı məlumatlar verdi. Şagirdlər teleskopdan səma cisimlərini seyr etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi