Əbədi yaşayanların xatirəsi

Məktəbimizdə mütamadi olaraq vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilir. 07 may 2025-ci il tarixdə şəhid  Pərviz Məmmədovun anım günü qeyd olundu. Şəhidin adını daşıyan 8 A sinif şagirdlərinin iştirakı və valideynlərinin dəstəyilə keçirilən tədbirə şəhidin atası, döyüş yoldaşı, ibtidai sinif müəllimi və digər qonaqlar dəvət olunmuşdu. Tədbirdə şagirdlər Pərvizin həyatı və döyüş yolundan məlumat verdilər, səhnələr nümayiş etdirdilər, vətənpərvərlik şeirləri söylədilər.

   9 May tarixində isə 6 ç sinif şagirdləri sinif rəhbəri Aynurə Məmmədovanın təşkilatçılığı ilə 2- ci Fəxri xiyabanda oldular.Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin,müasir dunya tarixinə parlaq və silinməz izlər qoyan görkəmli dövlət və mədəniyyət xadimlərinin, qeyri-adi zəka,fitri istedad sahiblərinin xatirəsini ehtiramla yad etdilər. Tarixin, təbiətin, zəfərin nəfəs aldığı yerləri düşmən tapdağından azad edən,illərdir qayıdışın sevincini bizə yaşadan Polad Həşimovun,İlqar Mirzəyevin,Dövlətzadə Cəbrayılın timsalında tarixə şahidlik etdilər,bütün şəhidlərə borclu olduqlarını,Vətənin əmanət oldugunu bir daha anladılar.Həm qürurverici ,həm duyğulu anlar yaşadılar.Bu duyğu həm keçmişin ağrısı,həm də gələcəyə ümiddir.Sonda təyyarə qəzasında həlak olmus şəhidlərimizi də yad etdilər.Hokumə Əliyevanın ailə üzləri ilə- anası ,həyat yoldaşı və qardaşı ilə xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi