Qızıl nisbət
Aprelin 25-də məktəbin "Kiçik Akademiyasının" texniki bölməsinin seminarı oldu. Seminarın mövzusu "Qızıl nisbət" idi. Məruzəçi, 9"A" sinif şagirdi İsmayılov Novruzəli qızıl nisbət haqqında məlumat verərək qeyd etdi ki, təbiətdə canlılar və bitkilərin quruluşu qızıl bölgü qanununa tabedir. Bu insanlara qədim zamanlardan məlum idi və bir çox gözəl memarlıq abidələri, sənət əsərləri bu bölgüdən istifadə etməklə yaradılıb. Sonra Novruzəli qızıl bölgünün riyazi tənliyini verdi və alınan kvadrat tənliyi həll etdi. Şagirdlər məruzəçini maraqla dinlədilər.
Növbəti seminar tarixdən "Şah ismayıl şair və dövlət xadimi kimi" mövzusunda olacaq.