Çempionlar aramızda

Aprelin 18-da məktəbin biologiya müəllimi Sevil İsayevanın hazırladığı "Çempionlar aramızda" adlı tədbir keçirildi.

Tədbirdə sağlamlığın qorunmasının bir neçə vacib şərtlərinin olduğu bildirildi: Ətraf mühitin mühafizəsi, zərərli vərdişlərdən uzaq olmaq, şəxsi gigiyena və s. bilavasitə insan sağlamlığına müsbət təsir edən amillərdəndir. Şagirdləri maarifləndirmək məqsədilə cinsi yolla yoluxan xəstəliklər, qadın zorakılığı, cinslər arasında normal münasibətlərin qurulması, erkən nigahın gənclərin həyatına mənfi təsiri, ailə planlaşdırılması barədə məlumatlar verilərək mövzu haqqında geniş müzakirələr aparıldı.

Tədbirdə idmanın da sağlamlıq üçün xüsusi əhəmiyyəti olduğu deyildi və şagirdlərin idman sahəsində uğurları qeyd olundu. Şagirdlər idmanın müxtəlif növləri üzrə nömrələr nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi