Uşaq Sənətkarlıq Mərkəzində
Şagirdlərin dünyagörüşünün artırılması, qədim sənətkarlıq nümunələri haqqında məlumat vermək, eləcə də peşəyönümünü istiqamətləndirmək məqsədilə məktəbin 2 "B" sinif şagirdləri sinif rəhbəri Sevinc Cabbarovanın rəhbərliyi ilə Uşaq Sənətkarlıq Mərkəzində oldular. Burada şagirdlər dulusçuluq sənətilə əyani şəkildə tanış oldular.