Bakı Kitab Mərkəzində
" Mütaliəni həyat tərzinə çevirək ". Məktəbin 5 "A" sinifi Sevil İsayevanın təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinə ekskursiya etdi. Şagirdlərin asudə vaxtlarında oxuduqları "Tom Soyerin macəraları" əsərinin Mərkəzdə muzakirəsi oldu. Müəllifin romanda təsvir etdiyi mənfi və müsbət cəhətlər haqqında şagirdlər geniş fikir mübadiləsi etdilər. Şagirdlər Bakı Kitab Mərkəzindəki yeni və maraqlı kitablarla tanış oldular.