5-ci siniflərdə viktorina
Məktəbin riyaziyyat müəllimi Kəmalə Muradova dərs dediyi 5"B" və 5"C" sinfində viktorina keçirdi. Viktorina şagirdlərin marağına səbəb olduğu üçün Kəmalə müəllimə həmin viktorinanı 5"A" sinfində də keçirmək təklif olundu. Əsasən əyləncəli və məntiqi suallardan ibarət olan viktorina bu dəfə də maraqlı keçdi.