Kiçik Akademiya Elmlər Akademiyasında

6 mart 2019-cu il tarixində məktəbin "Kiçik Akademiya"sı məktəb direktoru Asif Nəbiyev, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnaz Eyvazlı və riyaziyyat müəllimi Səbahət Mahmudova ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasına ekskursiya etdi. Məqsəd AMEA ilə əməkdaçlıq, şagirdləri Elmlər Akademiyası və onun fəaliyyəti ilə tanış etmək, Akademiya əməkdaşlarının mühazirəsinə qulaq asmaq, ümumiyyətlə şagirdlərdə elmə, tədqiqat işinə marağın artırılması idi.
Akademiyada bizi Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Qədim Qubadov qarşıladı. Şagirdlər əvvəlcə təhsil sərgisinə baxdılar.
Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində Çingiz Sasani şagirdlərlə ədəbiyyat nədir mövzusunda maraqlı söhbət etdi. Aspirant Vəfa Hacıyeva elmi tədqiqat, dissertasiya müdafiə etməyin mahiyyəti haqqında danışdı.
Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsində görüş də maraqlı keçdi. Əməkdar elm xadimi filologiya üzrə elmlər doktoru, İraq türkmənləri ədəbiyyatının tədqiqatçısı Qəzənfər Paşayevin söhbəti də maraqla qarşılandı.
Akademiyanın Elektron akt zalında filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında şagirdlərə dolğun mühazirə oxudu. O qeyd etdi ki, Nəsimi şəxsiyyətinə maraq hər bir dövrrlərdə olmuşdur. İndi Nəsiminin 650 illiyi YUNESKO tərəfindən qeyd olunacaq. Möhtərəm Prezident İlham Əliyev bu ili Nəsimi ili elan etmişdir. Sonda Zəkulla müəllim şagirdləri maraqlandıran suallara cavab vermişdir.
Görüşü təşkil etdiklərinə görə məktəbin rəhbərliyi adından Akademiyan vitse prezidenti İsa Həbibbəyliyə və məsul katib Bədirxan Əhmədova təşəkkürümü bildirirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi