"Piramidanın səthinin sahəsi" mövzusunda açıq dərs
27. 02. 2019-cu il tarixində 328 nömrəli məktəbdə 10"A" sinfində riyaziyyat fənnindən "Piramidanın səthinin sahəsi" mövzusunda açıq dərs oldu. Qrup işi formasında təşkil olunmuş dərsə müəllim Aliyə Dadaşova Misir piramidaları haqqında qısa bir filmlə başladı. Sonra proyektorda piramidaların açılışı göstərildi və şagirdlər əyani olaraq gördülər ki, fəza fiqurlarının səthinin sahəsi müstəvi fiqurların sahələri cəmindən ibarətdir. Şagirdlər müstəvi fiqurların sahələrinin hesablanması haqqında biliklərini yada saldıqdan sonra müəllim fəza fiqurlarının səthinin sahəsinin hesablanması qaydalarını izah etdi. Qruplara piramidanın səthinin sahəsinin hesablanmasına aid tapşırıqlar verildi və onlar təqdimat etdilər. Müəllim Aliyə Dadaşovanın "Piramidalar" mövzusunda keçdiyi dərsdə şagirdlər fəal idilər. Qiymətləndirilmə bütün dərs boyu aparıldı.