Ana dili günü
21 fevral 2019-cu il tarixində məktəbin 3"B" sinif müəllimi Şəhla Əliyevanın rəhbərliyi ilə "Ana dili günü" qeyd olundu. Şagirdlər nağıllardan səhnəciklər təqdim etdilər. "Tülkü və leylək" nağılı şagirdlər tərəfundən kukla teatrı üslubunda təqdum olundu. İkinci səhnəcik "Əli və durna" nağılı idi. Şagirdlər bu obrazları məharətlə canlandırdılar . Ücüncü səhnələşdirilmiş nağıl “Karius və Baktirius" adlanırdi. Bu nağıl şagirdlərin gigiyena qaydalarına riayət etməsi haqqında idi. Bu səhnəcik məktəbin biologiya müəllimi Sevil İsayevanın köməkliyi ilə hazırlanmışdır. Tədbir məktəbin rəhbərliyi, müəllimlər və valideynlər tərəfindən böyük maraqla qarşılandı.