"Valideynin məktəbdə bir günü"

20.02.2019-cu il tarixdə BŞTİ-nin müvafiq əmrinə əsasən 328 nömrəli məktəbdə "Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi. Valideynlər məktəbin infrastrukturu ilə tanış oldular və dərslərdə iştirak etdilər. Daha sonra məktəbin akt zalında valideynlərin müəllim və idarəedici heyətlə görüşü oldu. Giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev çıxış etdi. Məktəbin fəaliyyətini əks etdirən slaydlar göstərildi. BŞTİ Təlimə dəstək mərkəzinin baş metodisti Tahirə Qədimovanın "Məktəb, şagird, valideyn üçbucağı" mövzusunda keçirdiyi seminar da valideynlər tərəfindən xüsusi maraqla qarşılandı. Şagird özfəaliyyət kollektivinin çıxışı isə alqışlarla qarşılandı. Valideynlər ürək sözlərini, məktəb haqqında fikirlərini dedilər. Onlar şagirdlərin əl işlərindən ibarət sərgini də maraqla seyr etdilər.