Növbəti pedaqoji şura iclası

Bu gün məktəbdə pedaqoji şuranın I semestrin yekunlarına dair növbəti iclası keçirildi.

Gündəlik məsələlər:

1) Təlim-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Hüseynovun hesabatı,

2) Tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərovanın hesabatı,

3) Şagirdlərin yarımillik qiymətləndirilməsi nəticələrinin təsdiqi,

4) Məktəb direktoru Asif Nəbiyevin çıxışı,

5) Təhsildə və məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlərin təltif olunması.

Direktor müavinlərinin hesabatı qənaətbəxş hesab olundu və qiymətləndirmənin nəticələri pedaqoji şura tərəfindən təsdiq olundu.

Bu müəllimlərə tərifnamələr verildi:

1) Cabbaova Kifayət daim öz təhsilini artırmağın qeydinə qalır və o bu il ali məktəbə daxil olmuşdur,

2) İsgəndərova Günelin rəhbərliyi ilə 10-cu sinif çagirdi Əhmədova Səbinə mühəndislik istiqaməti üzrə "Sabahın alimləri" layihəsində finala çıxmışdır,

3) Kərimova Təhminənin 11"A" sinif rəhbəri kimi fəaliyyəti yaxşıdır.

Məktəb direktoru məktəbin uğurlarından, məktəbin reytinq cədvəlində 24 pillə irəliləməsindən danışaraq müəllim və idarəedici heyətə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi