Texnika vəTexnologiyalar üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzi ilə əməkdaşlıq

Peşə təhsili orta təhsil və ali təhsillə bərabər təhsilin prioritet sahəsidir. 
328 nömrəli məktəblə Texnika vəTexnologiyalar üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzinin əməkdaşlığı davam edir.
Bu gün mərkəzin rəhbərliyi, müəllim və şagird kollektivi məktəbin qonağı olmuşlar. Tədbiri giriş sözü ilə 328 nömrəli məktəbin direktoru Asif Nəbiyev və mərkəzin direktoru Samir Allahverdiyev açdılar. Onlar öz çıxışlarında orta məktəblərlə peşə məktəblərinin qarşılıqlı əməkdaşlığından danışaraq təhsilin bu iki hissəsinin bir biri ilə vəhdət təşkil etməsini qeyd etdilər. 
Mərkəzin direktor müavini Aytac Rzayeva mərkəz haqqında, orada öyrədilən peşələr və mərkəzdə olan təhsil şəraiti haqqında danışaraq mərkəzin tələbələrinin əl işləri haqqında da məlumat verdi.
Daha sonra 328 nömrəli məktəbin müəllim və şagirdləri Peşə Mərkəzinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxdılar.
Şagirdlərin peşəyönümü istiqamətində bu tədbirin böyük əhəmiyyəti oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi