2"D" sinfində nümunəvi dərs

2"D" sinfində həyat bilgisi fənnindən nümunəvi dərs keçirildi. Mövzu "Günəş, hava, su, torpaq" idi.
Qruplarla iş formasında keçirilən dərs sual-cavabla başladı. Sonra dərsliklərlə iş aparıldı. Müəllim Novruzova Aygün qruplara nəzarət edir və onların fəaliyyətini istiqamətləndirirdi. Qruplar işləyərkən müəllim musiqidən də istifadə etdi.
Təqdimatda qrupun bütün üzvləri iştirak edirdi. Qrup liderlərinin göstərdiyi qrup üzvləri təqdimat edir və suallara cavab verirdilər.
Təqdimatdan sonra müəllim dərsdə qazanılan bilik və bacarıqları ümumiləşdirən izahat verdi. Qiymətləndirmə təyin olunmuş meyarlarla aparıldı.
Maraqlı keçən dərs qənaətbəxş hesab olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi