"Dövlət rəmzləri" mövzusunda açıq dərs
Məktəbdə 1"Ç" sinfində həyat bilgisi fənnindən açıq dərs oldu. Müəllim Zeynəb Mustafayeva "Dövlət rəmzləri" mövzusunun tədrisini Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Qrup işi formasında olan dərsdə qrupların adı da dövlət rəmzlərinə uyöun qoyulmuşdu: "Himn", "Gerb" və "Bayraq". Dövlət rəmzlərinə aid sual-cavab oldu. Sonra şagirdlər təqdimat etdilər. İş vərəqləri alaraq tapşırıqları yerinə yetirdilər.