"Mən dəcəl deyiləm" adlı tədbir

328 nömrəli məktəbdə Şagird parlamentinın təşəbbüsü ilə musiqili " Mən dəcəl deyiləm" adlı tədbir keçirdi. Məktəbin ansamblının ifasında musiqi nömrələrindən sonra şagirdlərin dəcəllik etmə səbəbləri haqqında müzakirələr oldu. Tədbirdə 70 nömrəli məltəbin direktoru Nazim Qasımov, 312 nömrəli məktəbin direktoru Xatirə Hacıyeva, , 227 nömrəli məktəbin direktoru Sevinc Hüseynova, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin tərbiyə işləri üzrə direktor müavini Naibə Kərimli və həmin məktəbin şagirdləri, 165 nömrəli məktəbin müəllimi Hümbətov Umud iştirak etdilər. Maraqlı keçən bu tədbirdə iştirakçılar şagirdlərin dəcəlliklərinin psixi səbəbləri, onların aradan qaldırılması üsulları, şagirdlərin öz yoldaşlarına təsir gücü və s. haqqında danışdılar. Müəllimlər şagirdlərin suallarına cavab verdilər.
Çıxışlardan qeydlər:
Qasımov Nazim-şagirdlərin dəcəlliklərinin bir səbəbi onların ictimai işlərə cəlb edilməməsidir.
Xatirə Hacıyeva -şadirdin formalaşması üç mühitdə baş verir, evdə, məktəbdə və kənarda. Bunların hər birinin müəyyən təsiri vardır.
Asif Nəbiyev-şagirdin dəcəlliyi bəzən özünütəsdiq fonunda baş verir.
Naibə Kərimli-şagirdlər valideyn və müəllimlərdən çox öz yaşıdları ilə hesablaşırlar.
Hümbətov Umud-bəzən şagirdlərin dəcəllik etməsinin səbəbi müəllimdə olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi