4"B" sinfində açıq dərs
Bu gün 4"B" sinfində riyaziyyat fənnindən açıq dərsi oldu. Sinif müəllimi Göyçək İmamquliyeva qrup işi formasında təşkil olunmuş dərsə nağıl-səhnəciklə başladı. Nağılın məzmunu tapılan bir almanın dörd dost arasında bərabər bölüşdürülməsi idi. Bu bölgü əsasında kəsr anlayışı, kəsrin surəti və kəxrəci izah edildi və kəsrə aid nümunələr göstərildi. Dərsdə əyani və texniki vasıtələrdən lazımi qədər istifadə olundu. Dərsdən sonra müəllimlər və məktəb rəhbərləri dərsi təhlil etdilər.