Özünüidarəetmə günü

https://www.youtube.com/watch?v=NsdJiizMUkY&t=23s&fbclid=IwAR07TehBJtYyyVrN3Q6YfJE5ObuXbKP7Tm9WKlosP9pUIBNElndCTL6vJsE

Təhsil Nazirliyinin maraqlı və səmərəli layihələrindən biri də "Qrant müsabiqəsi" layihəsidir. Naibə Kərimlinin müəllifi olduğu "Özünüidarəetmə günü" adlı layihədə Bakı Slavyan Universiteti nəzdində məktəb lisey kompleksi, Xocavənd şəhər 2 nömrəli məktəblə bərabər 328 nömrəli məktəb də iştirak etdi. 8 noyabr 2018-ci il tarixdə şagirdlər məktəb rəhbərliyini əvəz etmiş, siniflərdə dərs demiş və tədbirlər keçirmişlər. Həmin gün Rüstəmli Xəyalə direktor, Vəliyeva Fatimə və Sadıqova Nilufər direktor müavinləri oldular.
Dərs günü həmişə olduğu kimi təntənəli xətlə başladı.
Rüstəmli Xəyalə çıxış edərək müəllim, şadird və valideynləri layihə ilə tanış edərək layihənin əhəmiyyətindən danışdı.
Muradəliyev Murad V sinfində riyaziyyat, Muradova Sofiya 6-c sinifdə tarix, Nəbiyeva Dilbər 7-ci sinifdə ədəbiyyat, Nəzərova Hüsniyyə və Hüseynov Əli 5-ci sinifdə fiziki tərbiyə, Həsənzadə Nigar ibtidai sinifdə Azərbaycan dili dərslərini keçdilər. 
Dərslərin keyfiyyəti heç də peşəkar müəllimlərin dərsindən geri qalmırdı.
Həsənzadə Nigar "Tülkü və Leylək" nağılını səhnələşdirmişdi. Nəbiyeva Dilbər "Aşıq yaradıcılığı" mövzusunu keçərkən bir nəfər şagird sazda ifa edirdi.
Digər iki məktəbdən gələn qonaqlar rəsm sərgisinə və "Bayraq günü"nə həsr olunmuş tədbirə baxdılar. Eyni zamanda şahmat üzrə məktəblərarası yarışın rayon mərhələsində qalib gələn şagirdlər təltif olundular.
Şagirdlərin bir çoxu məhz müəllimlik sənətini seçəcəklərinə əmin oldular.
Sonda layihədə iştirak edən məktəblər əməkdaşlıq haqqında memorandum imzaldılar.
328 nömrəli məktəbin rəhbərliyi hər il noyabrın ayının ikinci həftəsinin bir gününün özünüidarə günü olmasını qərara aldı.

Şagird özünüidarə orqanı-şagird parlamenti yaradılması qərara alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi