Əməkdaşlarımız təhsil forumunda iştirak etdilər

Məktəbin tərbiyə işləri üzrə direktor müavini İlhamə Əliyeva və psixoloq İlahə Rüstəmova 02-07 iyul tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunmuş "Təhsildə Beynəlxalq Liderlər Forumu"nun iştirakçısı olmuşlar.
Forumda Azərbaycanın millət vəkili Sona Əliyeva, təhsil mütəxəssisləri, jurnalistlər, məktəb rəhbərləri, müəllimlərdən ibarət geniş tərkibdə nümayədə heyəti iştirak edirdi. Forum Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, ŞKTC Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilməklə böyük maraq doğurdu. Forum iyulun 3-də ŞKTC-nin paytaxtı Lefkoşa şəhərində öz işinə başladı. Aşılış mərasimində Cümhuriyyətin yüksək vəzifəli şəxsləri, o cümlədən xarici işlər naziri, təhsil naziri, ictimai təşkilat rəhbərləri, millət vəkilləri, ali məktəb müəllimləri, eləcə də Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Azərbaycanlı millət vəkili Sona Əliyeva, Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin məsul nümayəndəsi İsmayıl Ansarlı, Qazaxıstanın ali məktəb rəhbərləri və digər rəsmi şəxslər çıxış etdilər. Onlar Forumun əhəmiyyətini xarakterizə etməklə, onun Şimali Kipr Türk Cümhuriyyətində təhsil sahəsində aparılan islahatların, təhsil quruculuğu sahəsində həyata keçirilən işlərin dünyaya bəyan olunmasında mühüm əhəmiyyətini vurğuladılar. Şimali Kiprin dünya miqyaslı ali təhsil ocaqlarının fəaliyyət istiqamətlərindən bəhs etdilər. Azərbaycan təhsilinin ayrı-ayrı pillələrində həyata keçirilən işlər də Forumun gündəliyində aparıcı mövzulardan birini təşkil etdi. Dünyada elm və təhsil sahəsində əldə olunan yeniliklərə, bu yeniliklərin ölkələrin inkişafına verdiyi töhfələrə nəzər yetirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi