“Qarabağ bizimdir, bizim olacaq” tədbiri

8 May tarixində məktəbimizdə Şuşanın işğal günü ilə əlaqədar olaraq 3 "A" sinfinin “Qarabağ bizimdir, bizim olacaq” adlı tədbiri keçirildi. Tədbir məktəbin həyətində baş tutdu. Şagirdlər Əsgər marşı səsləndirərək məktəbin həyətinə endilər. Himnimiz səsləndirildi. Ardınca şagirdlər dövlətinin atributlarını sadalayaraq, bu haqda biliklərini nümayiş etdirdilər. Düşmən kimdir, o niyə düşməndir sualına cavab tapdılar. Mənfur düşmənimiz olan erməni yadellilerinin amansızlıqlarından söz açdılar. Azərbaycana, Qarabağa, Şuşaya aid şeirlər səsləndirildi, işğal olunmuş torğaqlarımız barədə geniş məlumatlar verildi. Şüarlar yazılmış plakatlar nümayiş olundu və sonda bayrağımızın rənglərini əks etdirən şarlar Sülh diləkləri və “Qarabağ bizimdir, bizim olacaq” şüarı ilə havaya buraxıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi