İngilis dili aylığı yekunlaşdı
Məktəbdə ingilis dili aylığı yekunlaşdı. Ay ərzində müxtəlif siniflərdə açıq dərslər keçirildi və metodbirləşmə üzvlərinin iştirakı ilə müzkirələr aparıldı. Müzakirələr zamanı ingilis dilinin effektiv tədrisinin təşkili və produktiv olması üçün təkliflər irəli sürüldü. Şagirdlər məktəbdə müəllimlərdən ingilis dilində müsahibə aldılar. Müsahibələrdə müxtəlif sahələrə dair suallarla müəllimlərin fikirlərini öyrəndilər. Daha sonra danışıq (conversation) klubları və sərgilər təşkil olundu.