Yaponiyalı qonaqlar

       

19 aprel 2018-ci il tarixdə məktəbin dəvəti ilə Yaponiya səfirliyinin Mədəniyyət və məlumat şöbəsinin ikinci katibi xanım Saki Uçidate və həmin şöbənin assistenti Günel Yüzbaşova məktəbimizə qonaq gəlmişdi. Dəvətin məqsədi şagirdlərin dünya ölkələrini tanıması, Yaponiyanın adət-ənənələri ilə tanış olmaq, Yaponiya və Azərbaycan təhsili haqqında qarşılıqlı məlumat, eləcə də Azərbaycan təhsili və mədəniyyətini təbliğ etmək idi.
Əvvəlcə qonaqları qarşılama mərasimi oldu. Məktəbin şagirdləri mahnı oxudular, Azərbaycan və yapon rəqsləri ifa etdilər.
Sonra qonaqlar siniflərdə yapon geyimlərini nümayiş etdirərək Yaponiya haqqında danışdılar.
Şagirdlərə Yaponiya haqqında kitablar və oriqama rəsmləri hədiyyə etdilər.
Tədbirdə valideynlər də yaxından iştirak etdilər. Onlar övladlarının çıxışlarını maraqla dinlədilər.
Müəllimlər Könül Həsənova, Kifayət Cabbarlı və Nailə müəllimə təşəkkürümüzü bildiririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi