Uğurlu Prezident seçkisi
Azərbaycan Konstitusiyasına görə vətəndaşların seçmək və seçilmək hüququ vardır. Bu seçkilər nəticəsində vətəndaş öz taleyini kimə etibar edəcəyini müəyyənləşdirir. 2018-ci il 11 apreldə Azərbaycanda keçirilən azad, demokratik və şəffaf Prezident seçkiləri də xalqın iradəsini əks etdirdi. 328 nömrəli məktəbdə təşkil olunmuş 31 nömrəli seçki məntəqəsində seçki uğurla keçdi.
Məktəbin ümumi yığıncağında vətəndaşların seçki hüququ, seçkilər haqqında məktəbin tarix müəllimi Mənsimova Şəmsiyyə danışaraq müəllimləri bir daha məlumatlandırdı. Sonra məktəbin direktoru Nəbiyev Asif çıxış edərək seçkilərin uğurlu keçməsi münasibətilə müəllimləri təbrik etdi. Seçkiyə kömək etməkdə fərqlənən müəllimlərə təşəkkür elan edildi.