Azərbaycan Dövlət Pedaqoji Kollecinə peşəyönümü ekskursiyası

Bəzən səhv olaraq seçilən sənət insanın həmin peşədə ya candərdi işləməsinə, yaxud da heç işləməməsinə səbəb olur.

Məktəbimiz şagirdlərin sevdiyi bir sənət sahibi olması üçün onların peşəyönümünə xüsusi diqqət yetirmək lazımdır və 328 nömrəli məktəb ənənəvi olaraq şagirdlərin kolleclərə, peşə liseylərinə və ali təhsil müəssisələrinə ekskursiyasını təşkil edir.

Bu dərs ilində ilk peşəyönümü ekskursiyamız məktəbin tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova, psixoloq İlahə rüstəmova, idman müəllimi Aynur İskəndərovanın təşkilatçılığı ilə Azərbaycan orta ixtisas təhsili müəssisələri arasında xüsusi yeri olan Azərbaycan Dövlət Peadaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Peadaqoji Kollecinə oldu.

Kollecin direktoru Qulu Novruzov gəlişimizin məqsədindən məmnun qaldığını gizlətmədi. Qulu müəllim şagird və müəllimlərə xoş gəldin edərək onlara kollecin fakültələri haqqında, müəllim kontingenti və dərs prosesi haqqında geniş danışdı. O qeyd etdi ki, orta məktəblərin ali və orta ixtisas təhsil müəssisələri ilə əlaqəsi təsadüfdən təsadüfə deyil, müntəzəm və davamlı olmalıdır. Bu zaman şagirdlər əyani olaraq onlara uyğun olan və ürəkləri istəyən ixtisası tərəddüd etmədən seçirlər.

Kolecin müəllimi Vidadi Əliyev şagirdlər təlim otaqları, iş otaqları, idman zalın, trenajor zalı və kitabxanada oldular. Onlar kollecdə olan ixtisaslarla tanış olaraq qəbul şərtləri haqqında da məlumat əldə etdilər. Şagirdlərin bir çoxu təhsilini bu kollecdə davam etdirmək qərarına gəldilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi