Gənclər narkomaniyaya yox deyir

https://www.facebook.com/1144942112289322/photos/pcb.1641836829266512/1641833585933503/?type=3&theater

        Bu gün 328 nömrəli məktəbdə "Gənclər narkomaniyaya yox deyir" adlı görüş keçirilmişdir. Görüşdə Nizami Pİ-nin Yetkinlik yaşına çatmayanların işi üzrə baş inspektor, polis kapitanı Pərvanə Əzizova, Nizami rayonu 23 nömrəli polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektoru Günay Qurbanova, Nizami Polis İdarəsi Veteranlar Şurasının üzvü Firdovsi Bayramov iştirak etdilər. Şagirdlər əvvəlcə narkomaniyanın fəsadları haqqında video çarxa baxdılar, sonra polis əməkdaşları narkomaniya haqqında onlara ətraflı məlumat verdilər. Sonda məktəbin direktoru Asif Nəbiyev polis əməkdaşlarına təşəkkürünü bildirdi. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi