"Məqalə necə yazılır" mövzusunda treninq
201 nömrəli məktəbdə həmin məktəbin və 328 nömrəli məktəbin müəllimləri üçün "Həmkara dəstək" çərçivəsində "Məqalə necə yazılır" mövzusunda treninq keçirilmişdir. Maraqlı keçən bu treninqdə müəllimlər öz fikrini yazılı ifadə etmək, elmi-metodiki məqalə yazmaq üsulları haqqında məlumat almış, məqalənin növləri, onun strukturu haqqında fikir mübadiləsi etmişlər. Treninqi 328 nömrəli məktəbin direktoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Asif Nəbiyev keçirmişdir. Sonda qərara alınmışdır ki, bu iki məktəb arasında əməkdaşlıq müntəzəm olaraq davam etdiriləcəkdir.