Narkomaniya ilə bağlı tədbir keçirildi

Narkotik vasitələrin istifadəsi zamanı yaranan fəsadlar, eləcə də gənclər və yeniyetmələr arasında narkomaniyanın yayılmasının qarşısını almaq məqsədilə məktəbdə “Biz həyatı seçirik“ adlı tədbir keçirildi.10-cu və 11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada məktəbin biologiya müəllimi Sevil İsayeva çıxış edərək narkotiklərin insan orqanizminə mənfi təsirlərindən, onların törətdikləri xəstəliklərdən, sağlam ruhlu və sağlam bədənli insanın sosial mühitdə və cəmiyyətdə üstün mövqeyindən danışdı (1. 3. 5).