Müstəqil Azərbaycan və uğurlu lider

Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə silsilə tədbirlər keçirildi:

1) 10”A” sinif şagirdləri “dəyirmi masa” keçirdilər. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Şəmsiyyə Mənsimova açaraq müstəqilliyə gedən yoldan, ulu öndər Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısında xidmətlərindən danışdı. Sonra məktəbin şagirdi Nuranə Bədəlova çıxış edərək sinif yoldaşları adından, məktəbin adından cənab Prezidentin doğum gününü təbrik etdi. Sonra İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

2) 3”A” sinfində də eyni məzmunlu tədbir keçirildi. Sinif rəhbəri Könül Həsənova Xancanlı Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında unudulmaz xidmətlərindən danışdı və videoçarx nümayiş etdirildi.

3) 1”B” sinfində 21 dekabr 2017-ci ildə yazılmış sınaq imtahanının nəticələri elan olundu və qaliblər tərifnamə ilə mükafatlandırıldı (1. 3 14).

4) 5”B” sinfində bu günə həsr olunmuş riyaziyyat fənnindən bilik yarışması keçirildi. Çox maraqlı keçən bu tədbir də İlham Əliyevin ad gününə həsr olunmuşdu.

5) 5”A”, 5”B”, 5”C” və 5”Ç” sinif şagirdləri arasında şahmat yarışı keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi