Məktəbdə bilik yarışması keçirildi

    15.12.2017-ci il tarixində məktəbimizdə ibtidai sinif müəllimi Könül Həsənova Xancanlının təşəbbüsü ilə 3-cü siniflər arasında “Bilik yarışması” keçirildi. Yarışda 3"A", 3"B", 3"C" və 3"Ç" siniflərindən hər birindən 5 nəfər şagird iştirak edirdi. Yarışın münsiflər heyətini məktəb rəhbərliyi təşkil edirdi. Həmçinin məktəbin müəllimləri yarışı böyük həvəslə izlədilər və öz fikirlərini bildirdilər. Yarışın sualları tədris olunan fənlərdən, dünyagörüşü və məntiqdən ibarət idi. Bütün siniflər böyük səy və həvəslə sualları cavablandırdılar. Sonda 3"A" sinfi yarışı 1-ci yerdə başa vurub kubok qazandı. Sonda məktəbin rəhbərliyi bütün uşaqları təbrik etdi və hamısını “Bilik yarışmasında” iştiraklarına əsasən diplomla mükafatlandırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi