Şagirdlər Üzeyir Hacıbəylinin ev muzeyində oldular
Məktəbin musiqi müəllimi Nailə Heydərovanın təşəbbüsü ilə 3-cü və 4-cü siniflərin şagirdləri Üzeyir Hacıbəylinin ev müzeyində oldular. Əvvəlcə Nailə Heydərovanın royalda müşaiyətilə şagirdlər Ü. Hacıbəylinin müəllifi olduğu Azərbaycan Respublikasının dövlət himnini oxudular. Sonra şagirdlər ev muzeyində onun istifadə etdiyi şəxsi əşyalar və eksponatlarla tanış oldular. Sonda şagirdlər bəstəkarın həyat və yaradıcılığını əks etdirən “Uzun ömrün akkordlari” adlı filmə tamaşa etdilər (Fəaliyyət planı. 1. 3. 7.).